REGİONLAR


Masallıda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Masallı, 8 may, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb direktorları və müavinləri, məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri, ağsaqqallar və ağbirçəklər, veteranlar, gənc ailələr, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə lentə alınmış filmə baxıblar.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bildirib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və başqaları mövzuyla bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-ailə siyasəti uğurla həyata keçirilir.

Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işləri, bu sahədə həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.