REGİONLAR


Masallıda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Masallı, 7 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 7-də Masallı şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qadınların cəmiyyətdəki rolundan söz açıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətindən danışıb, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Rafil Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hər kəsə örnək olan fəaliyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Masallı qadınları da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.

Tədbirdə Şatıroba kənd məktəbinin direktoru Ülviyyə Səfərova, “Cənub” qadın inkişaf qrupunun rəhbəri Səadət Rufullayeva, Aprel şəhidi Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhər 3 nömrəli orta məktəbin müəllimi Sara Abbaszadə, Qodman ərazi nümayəndəsi, Aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Vəli Rzayev, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycanda qadına, anaya böyük hörmət bəslənildiyi, eləcə də müdrik, cəsur, istedadlı qadınlarımızın öz adlarını tariximizin səhifələrinə qızıl hərflərlə yazdıqları qeyd olunub.

Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən qadınların bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.