REGİONLAR


Masallıda Beynəlxalq Sülh Günü qeyd olunub

Masallı, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 21-i bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Sülh Günü ilə əlaqədar ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində “Sülh inkişafın əsas təməlidir” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Masallı Şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə məlumat verərək bildirib ki, hər il ölkəmizdə bu əlamətdar tarix ərəfəsində insan hüquqları üzrə müvəkkilin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq “Sülh aylığı” keçirilir. Beynəlxalq Sülh Günü bəşəriyyəti sülhə səsləyir, insanlar arasında dostluq-qardaşlığı, qarşılıqlı anlaşmanı təbliğ edir.

Tədbirdə gənclərin, qadınların, uşaqların, əlillərin hüquqlarının qorunmasına dair qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, eləcə də ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.