REGİONLAR


Masallıda “Böyük ömrün dastanı” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Masallı, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 11-də Masallı Rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Masallı Dövlət Regionalı Kolleci tələbələrinin ifasında "Böyük ömrün dastanı" mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və gənc Heydərçi Cəbrayıl Əlili çıxışlarında Ulu Öndərin müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanın qüdrətlənməsi yolunda apardığı məqsədyönlü siyasətindən söz açıblar.

Sonra Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Səhnə əsərini Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev səhnələşdirib.

Ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.