REGİONLAR


Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallı, 11 may, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə, ASAN İntellektual İnkişaf Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında keçirilən “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışında “Sığdaş” komandası birinci, “Bala Kolatan” komandası ikinci, “Böyük Xocavar” komandası üçüncü yerə layiq görülüb.

Qalib komandaların üzvləri rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplom, rayon Təhsil Şöbəsi tərəfindən isə diplomla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.