REGİONLAR


Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon seçim turunun qalibləri müəyyənləşib

Masallı, 2 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki “ASAN həyat” kompleksinin ASAN İntellektual İnkişaf Mərkəzində rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş rayonun tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon seçim turunun qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov yarışın təşkilində əsas məqsədin gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə onları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri üzə çıxarmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu deyib.

Təhsil Şöbəsinin metodisti Abbas Abbaszadə ölkəmizin tarixinin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışaraq, məktəbliləri bu dövrü dərindən öyrənməyə çağırıb.

Maraqlı mübarizə şəraitində keçən bilik yarışının yekununa görə, “Dəfinə” məktəb-liseyinin komandası birinci, Hişkədərə kənd tam orta məktəbinin komandası ikinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutub.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.