REGİONLAR


Masallıda “Breyn-rinq” intellektual bilik yarışının qalibləri mükafatlandırılıblar

Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki "Gənclər evi" sosial xidmət müəssisəsində X və XI sinif şagirdləri arasında onlayn qaydada keçirilən "Breyn-rinq" intellektual bilik yarışı üzrə rayon birinciliyinin qaliblərinə mükafatlar təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Bilik günü”nə həsr olunmuş intellektual yarışın keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Bilik yarışmasının yekun nəticələrinə əsasən, Şahbazzadə İlqarə Mahir qızı birinci, İsayev Zəfər Fərrux oğlu ikinci, Qulamov Əli Sabir oğlu üçüncü yerə layiq görülüb.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsi və "Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.