REGİONLAR


Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib

Masallı, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda keçirilən ağacəkmə kampaniyası çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün ərzində aksiyaya qoşulan Ağ Ciyər Xəstəlikləri və Viləş xəstəxanası, Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Masallı Dövlət Regional Kolleci kollektivlərinin, Musakücə, Mahmudavar, Türkoba, Tüklə, Hişkədərə, Bədəlan, Qızılavar, Kolatan, Qodman, Yeyənkəd, Köhnə Alvadı, Təklə, Şərəfə, Həsənli, Xırmandalı, Qızılağac, Yeddioymaq və Şıxlar kəndlərinin sakinləri əkilən ağaclara aqrotexniki qulluq göstərib, onların qorunması üçün mühafizə zolaqları çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.