REGİONLAR


Masallıda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

Masallı, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Masallı rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn tələblərə riayət edilməsinə nəzarət və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən koronavirus infeksiyasının yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə birgə maarifləndirici tədbirlər keçirilib. Tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı vətəndaşlara tövsiyələr verilib.

Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində məqsəd COVID-19 pandemiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.