REGİONLAR


Masallıda Dövlət Bayrağı Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Masallı, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən və Dövlət Bayrağı gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqədə rayonun 46 məktəbindən 80-ə yaxın şagird iştirak edib.

IX sinif şagirdləri arasında Yeddioymaq 1 nömrəli tam orta məktəbin şagirdi Gövhər Quliyeva birinci, Xırmandalı kənd tam orta məktəbin şagirdi Türkan Həsənova ikinci, Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbinin şagirdi Səma Həbişzadə üçüncü yerə layiq görülüblər.

X-XI sinif şagirdləri arasında isə Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Günay Abdullayeva, “Dəfinə” məktəb-liseyinin şagirdi Aydan Əşrəfova, Təzə Alvadı 1 nömrəli kənd tam orta məktəbin şagirdi Rübabə Abdulqəniyeva fərqləniblər.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Təhsil Şöbəsinin metodisti Əkbər Balaşoğlu, Qəriblər kənd tam orta məktəbin müəllimi Kənan Haşımov və “Dəfinə” məktəb-liseyin müəllimi Pərvin Sadıqova müsabiqədə uğur qazanmış şagirdləri təbrik ediblər.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.