REGİONLAR


Masallıda “Gənclər həftəsi” çərçivəsində gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Masallı, 27 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 27-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən ”Gənclər həftəsi” çərçivəsində Masallı Rayon Gənclər və İdman İdarəsinin, "Gənclər evi" sosial xidmət müəssisəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gələcək gənclərindir” devizi ilə gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ekskursiya zamanı gənclər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər, kitablarla tanış olublar.

Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədi daşıyan ekskursiyada Ulu Öndərin zəngin irsi haqqında gənclərə ətraflı məlumat verilib.

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.