REGİONLAR


Masallıda “Gənclər həftəsi” çərçivəsində keçirilən “Breyn rinq” bilik yarışının qalibləri müəyyənləşib

Masallı, 28 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 28-də Masallı şəhərindəki “ASAN İntellektual” İnkişaf Mərkəzində Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində Masallı Rayon Gənclər və İdman İdarəsi, “Gənclər evi” sosial xidmət müəssisəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş breyn rinq intellektual bilik yarışı üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər barədə gənclərə məlumat veriblər.

Çıxış edənlər gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasının yekun nəticələrinə əsasən, Binə Xocavar kənd tam orta məktəbinin “Qarabağ” komandası birinci, Masallı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Sirus” komandası ikinci, Böyük Xocavar kənd tam orta məktəbin “Böyük Xocavar” komandası üçüncü yerə layiq görülüblər.

Bilik yarışında fərqləndiyinə görə Masallı “ASAN xidmət” Mərkəzinin “Evrika” komandası diplomla mükafatlandırılıb.

Rayon birinciliyinin qaliblərinə Azərbaycan Gəncləri Günündə mükafatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.