REGİONLAR


Masallıda Milli Mətbuat Günü qeyd edilib

Masallı, 20 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 20-də Masallı rayonunda nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasında Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qəzetin əməkdaşlarını qarşıdan gələn əlamətdar gün - Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını, plüralizm, söz və mətbuat azadlığına mane olan senzuranın ləğv edildiyini vurğulayan S.Əliyev ölkəmizdə mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, qəzetin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyi Masallı rayon təşkilatının sədri Həsənağa Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Südabə Məmmədova ölkəmizdə azad sözün və azad mətbuatın bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlərdən, mətbuata göstərilən dövlət dəstəyindən söhbət açaraq göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qəzetin əməkdaşlarına hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.