REGİONLAR


Masallıda “Milli-mənəvi dəyərlər gənclərin gözü ilə” mövzusunda müzakirələr aparılıb

Masallı, 21 avqust, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonunun Köçəkli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz və mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlər gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov İslam dininin bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olduğunu deyib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərimizin üzərinə mühüm vəzifələr düşür.

Kənd bələdiyyəsinin sədri Mirqalib Hüseynov ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən söhbət açaraq bildirib ki, bəzi müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə vurulan zərbədir, gənclərimiz belə münaqişələrdə iştirak etməməli, milli-mənəvi dəyərlərimizi qorumaq üçün ayıq-sayıq olmalıdırlar.

Kənd dini icmasının sədri Əfrahil Xəlilov və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.

Tədbir iştirakçılarına DQİDK tərəfindən çap olunmuş dini ədəbiyyat paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.