REGİONLAR


Masallıda “Nizami Gəncəvi İli” çərçivəsində onlayn tədbir keçirilib

Masallı, 3 mart, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi-880” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin birinci kurs tələbələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof şair Nizami Gəncəvinin parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi, eyni zamanda, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

Onlayn tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri Nərmin Sultanova, Nərmin Şahverdiyeva və Samirə Qənbərova dahi Azərbaycan şairinin həyatı, onun yaradıcılığı, eyni zamanda, “Kərpickəsən kişinin dastanı” və “Yeddi Gözəl” poeması haqqında danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.