REGİONLAR


Masallıda “Poeziya dünyasının dahisi Nizami Gəncəvinin yaradıcılığı” mövzusunda tədbir keçirilib

Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində “Poeziya dünyasının dahisi Nizami Gəncəvinin yaradıcılığı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Dilbər İbayeva Nizami yaradıcılığı haqqında danışıb. Bildirib ki, əsərlərində xeyrin şər üzərində qələbəsini, ədalətin zəfər çalmasını qabarıq göstərən şair, eyni zamanda, ibrətamiz öyüd-nəsihət, mənəvi tərbiyə aşılayan dahi bir sənətkardır.

Mütəfəkkir şair Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunub. Onun əsərlərinin nadir əlyazmaları Bakı və digər şəhərlərin kitabxana, muzey və əlyazmaları fondunda saxlanılır.

Diqqətə çatdırılıb ki, böyük şairin dünyanın ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub.

Ölkəmizdə Nizami Gəncəvinin yaradıcılığının öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.

Tədbirin sonunda mərkəzin gənc könüllüləri Nizami Gəncəvinin qəzəllərindən nümunələr oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.