REGİONLAR
Masallıda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyinin qalibləri məlum olub
Masallı, 13 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhər 3 nömrəli tam orta məktəbdə rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda rayonun tam orta ümumtəhsil məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Rayon birinciliyinin yekun nəticələrinə əsasən, Masallı şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, Öncəqala kənd tam orta məktəbin komandası ikinci, Miyənkü kənd tam orta məktəbinin komandası üçüncü yerləri tutublar.
Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Fərqləndiyinə görə isə Viləş, Qəriblər, Böyük Kolatan kənd və şəhər 6 nömrəli tam orta məktəblərin komandaları diplomla mükafatlandırılıblar.
Rayon birinciliyinin qalibi - Masallı şəhər 4 nömrəli tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə Cəlilabad rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.