REGİONLAR


Masallıda “Şuşa ətrin duyulur” tamaşasının premyerası olub

Masallı, 26 may, İ.Cəfərli, AZƏRTAC

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində jurnalist-yazıçı Cəfər Cəfərovun ssenarisi əsasında “Şuşa İli”nə həsr edilmiş “Şuşa ətrin duyulur” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşa Masallı Xalq Teatrı və Cəlilabad Xalq Teatrı aktyorlarının, Masallı Dövlət Regional Kollecinin, Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən karate idman növü üzrə müəllim və tələbə kollektivlərinin iştirakı ilə səhnəyə qoyulub.

Səhnə əsərini Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şəhid ailələri, qazilər, idarə, müəssisə rəhbərləri, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi izləyib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anşlaqla keçən tamaşanın hər bir epizodu alqışlarla qarşılanıb.

Tamaşa başa çatdıqdan sonra çıxış edən iki şəhid anası Ziba Əsgərova səhnə əsərinin hazırlanmasında əməyi olanlara, həmçinin şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürünü bildirib.

Sonda tamaşanın hazırlanmasında fərqlənən bir qrup şəxs fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.