REGİONLAR


Masallıda Vətən müharibəsinin qazisi gənclərlə görüşüb

Masallı, 5 fevral, Bağır Əliyev, AZƏRTAC

“Masallı gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində Vətən müharibəsinin qazisi Cavid Nurinin gənclərlə onlayn görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn görüşdə çıxış edən “Masallı gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov Vətən müharibəsində Azərbaycanın əsgərinin şücaətindən və qəhrəmanlığından, dövlətimizin onlara göstərdiyi dövlət qayğısından danışıb.

Vətən müharibəsinin qazisi Cavid Nuri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildiyini vurğulayaraq, düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamların qısa müddətdə darmadağın edildiyini, ordumuzun müharibə strategiyasının müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olunduğunu diqqətə çatdırıb.

O, Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliğinin onların milli ruhda, əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, şəhid yoldaşları ilə birlikdə cəbhədə göstərdikləri qəhrəmanlıqdan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.