REGİONLAR
Masallıda “Vətənin müdafiəsinə hazıram!” devizi ilə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Masallı, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbin idman meydançasında yeniyetmə və gənclər arasında “Vətənin müdafiəsinə hazıram!” devizi ilə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və “Vətənin müdafiəsinə hazıram!” poliotlon çoxnövçülüyünün payız çağırışına həsr olunmuş zona birinciliyində iştirak etmək üçün rayon komandasına istedadlı gəncləri cəlb etməkdir.
Komandalar 100 və 200 metr məsafəyə qaçışda, turnikdə dartınmada və qumbara atmada güclərini sınayıblar.
Rayon birinciliyinin yekun nəticələrinə əsasən, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin komandası birinci, şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 3 nömrəli tam orta məktəbin komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təqdim olunub.