REGİONLAR


Masallıda “Xəmsə” milli intellektual oyunu üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib

Masallı, 9 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında “Xəmsə” milli İntellektual oyunu üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışında Masallı rayonunun komandaları ilə yanaşı, Lənkəran şəhərini təmsil edən komanda da qələbə uğrunda mübarizə aparıb.

Bilik yarışmasının yekun nəticələrinə əsasən “Maximum” komandası birinci, “Carpe Dien” komandası ikinci, “Yagermeister” komandası üçüncü yerlərə layiq görülüblər.

Qalib komandaların üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman idarəsinin rəis müavini Oktay Mütəllimov ölkəmizdə, o cümlədən Masallı rayonunda dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışaraq, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirilən “Xəmsə” bilik yarışmalarının yeniyetmə və gənclərin intellektual səviyyəsinin inkişafında əhəmiyyətli rol oynadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.