REGİONLAR
Masallıda “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinə yekun vurulub
Masallı, 5 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə onlayn rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışının yekun nəticələrinə əsasən Rasim Həsənzadə birinci, Nicat Baxşıyev ikinci, Məhəmməd Məlikov üçüncü yerlərə layiq görülüblər. İlqar Əmənov isə fərqlənmə diplomu ilə mükafatlandırılıb.
Qaliblərə xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]