QAN YADDAŞI


Masallıda “Xocalı qətliamı” filminin nümayişi olub

Masallı, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 17-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı” filminin nümayişi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir: “Faciəni əks etdirən kadrlar bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaqdır. Körpələrin meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağılara dönən fəryadı heç vaxt yaddaşlardan silinməyəcək”.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib.

Sonra “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.