REGİONLAR


Masallıda bələdiyyələrin gördüyü işlər müzakirə edilib

Masallı, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Köhnə Alvadı kəndindəki park-bulvar kompleksində keçirilən seminar-müşavirədə bələdiyyələrin gördüyü işlər müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli özünüidarəetmə orqanlarının üzvləri, ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV-lərin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə bələdiyyənin kənddə gördüyü işlərlə yaxından tanış olublar.

Seminar-müşavirədə çıxış edən Köhnə Alvadı kənd bələdiyyəsinin sədri Vaqif Məmmədov görülmüş işlər barədə məlumat verib.

Bədəlan kənd ərazi nümayəndəsi Loğman Şahbazov, Köhnə Alvadı kənd sakini, şair Qəhrəman Tovuzlu, Tüklə, Banbaşı, Səmidxan kənd bələdiyyələrinin sədrləri Eyvaz İmaməliyev, Böyükxan Rəhimov, Şaban Mehdiyev, Masallı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət Xəlilov, kənd ağsaqqallı Əli Əlişov, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İsrail Tağıyev çıxışlarında Köhnə Alvadı bələdiyyəsinin işini təqdir edərək qarşıda duran vəzifələrdən danışıblar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında bələdiyyə sədri Vaqif Məmmədovun təşəbbüskarlığını, işgüzarlığını, həyata keçirdiyi tədbirləri bütün bələdiyyələrə nümunə göstərib.

Seminar-müşavirədə Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Çingiz Cavadov iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.