CƏMİYYƏT


Masallıda beş idman növü üzrə keçirilən rayon çempionatının qalibləri üçün mükafatlandırma mərasimi keçirilib

Bakı, 12 may, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, rayon gənclər və idman idarəsi və Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beş idman növü - yunan-Roma güləşi, şahmat, stolüstü tennis, voleybol, futbol üzrə keçirilən rayon çempionatının qalibləri üçün mükafatlandırma mərasimi keçirilib.

GİKM-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə məşqçilər, çempionatda yarışan 450 nəfər uşaq və gənc arasından birinci, ikinci və üçüncü yerin sahibləri, həmçinin onların valideynləri iştirak edib.

Tədbirin gedişatında Masallıda idmanın inkişafında əməyi keçən idmançılara da söz verilib.

Tədbirdə futbol üzrə respublika çempionatında 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası arasında qalib olan uşaq futbol komandasının üzvlərinə diplom və kubok təqdim olunub.

Sonda viktorina keçirilib.

Sualları doğru cavablayan gənclərə hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.