HEYDƏR ƏLİYEV - 100


Masallıda bilik yarışı: “Onu zaman seçmişdir”

Masallı, 15 mart, İlkin Adıyev, AZƏRTAC

Masallı “ASAN xidmət” mərkəzində Masallı rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin dərnək üzvləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Onu zaman seçmişdir” adlı “Breyn Rinq” intellektual bilik yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, altı komandanın iştirakı ilə gərgin mübarizə şəraitində davam edən yarışda Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin “Zəfər” komandası I, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin “Forte” komandası II, “Piano” komandası isə III yerə layiq görülüb.

Yekunda qaliblərə təşkilatçılar tərəfindən fəxri fərman təqdim olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.