REGİONLAR


Masallıda bitkiçiliyin inkişafı ilə bağlı müzakirələr aparılıb

Masallı, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 25-də Masallı rayonunun Sərçuvar kəndində keçirilən seminarda rayonda bitkiçiliyin inkişafı ilə əlaqədar müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, təlim məşğələsində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı bitkiçiliyin inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb. Bildirib ki, tədbirin məqsədi bitkiçiliyin inkişaf etdirilməsi üçün tətbiq olunan mütərəqqi texnologiyaları istehsalçılara çatdırmaq, əkin sahələrinin becərilməsində gübrə və dərman preparatlarından istifadə, mütərəqqi suvarma üsullarının tətbiqi işinin yerinə yetirilməsi vəziyyətini öyrənməkdir.

Sonra “EMA” MMC-nin prezidenti Əbdülhüseyn Abdullayev, həmin şirkətin texniki şöbəsinin müdiri Faiq Quliyev bitki mühafizəsinə aid dərmanlardan, gübrələrdən, herbisitlərdən vaxtında və düzgün istifadənin əhəmiyyətindən danışıblar.

Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev, kənd təsərrüfatı mütəxəssisləri Niyaz Mirzəyev, Bəybala Həsənov, Nazim Alışov, Mübariz Abuşov yerli sahibkarlara və məhsul istehsalçılarına əkinçiliklə bağlı tövsiyələrini bildiriblər.

Təlim məşğələsində fermerlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları “EMA” MMC-nin təqdim etdiyi dərman preparatları sərgisi ilə tanış olublar. Onlara bitkilərə göstərilən aqrotexniki qulluq qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı hazırlanmış bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.