İDMAN


Masallıda boks məşqçiləri üçün seminara start verilib

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminara start verilib.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, fevralın 10-dək keçiriləcək təlimlərə ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edirlər.

Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu gün çalışdırıcıları əyani vəsaitlərdən istifadə etməklə nəzəriyyə ilə tanış edən təlimatçılar sabahdan zallarda məşq proseslərini göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.