REGİONLAR


Masallıda çəltik biçininə başlanılıb

Masallı, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Kənd təsərrüfatına göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən Masallı rayonunda aqrar bölmənin bütün sahələrinin, o cümlədən çəltikçiliyin inkişafına marağı artırıb. Rayonda ənənəvi təsərrüfat sahələrindən olan çəltikçilik yenidən bərpa edilib.

Masallı rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Masallı rayonunda 281,6 hektarda çəltik əkilib. Bir neçə gündür rayonun çəltik sahələrində məhsul yığımına başlanılıb. Qısa müddətdə 21 hektarda çəltik biçini aparılıb.

Sahələrdən 49,5 ton məhsul yığılıb. Hər hektarın orta məhsuldarlığı 23,6 sentner təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.