REGİONLAR
Masallıda çəltik yığımına başlanılıb
Masallı, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Masallının çəltik sahələrində məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 217 hektarda çəltik əkilib. İndiyədək 84 hektar sahədən 298 ton çəltik yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 35,5 sentner təşkil edir.
Bu il daha çox rayonun Boradigah qəsəbəsində, Xıl, Şıxlar və Yeddioymaq kəndlərində çəltik əkilib.
Çəltik sahələrindən yığılan məhsullar “Masallı nemətləri” MMC-nin çəltik zavodunda emal edilir.
Ötən il Masallıda 301 hektar çəltik sahəsindən 1010 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 33,5 sentner təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]