Masallıda çəltik yığımına başlanılıb
AzerTAg.az
Masallı, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Masallının çəltik sahələrində məhsul yığımına başlanılıb.
Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 253,9 hektar sahədə çəltik əkilib. Çəltik yığımı kampaniyasını optimal müddətdə və yüksək keyfiyyətlə başa çatdırmaq üçün sahələrə kifayət qədər maşın və mexanizmlər, canlı qüvvə cəlb olunub. Qısa müddətdə 4 hektar sahədən 18 ton çəltik biçilib.
Bu il rayonun Boradigah qəsəbəsində, Qızılağac, Xıl, Sərçuvar, Şıxlar, Tüklə və Yeddioymaq kəndlərində çəltik əkilib.
Qeyd edək ki, ötən il Masallıda 217,19 hektar çəltik sahəsindən 735,4 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 33,86 sentner təşkil edib.

Xəbərin mətnində orfoqrafik səhv var