REGİONLAR


Masallıda cüdo üzrə rayon birinciliyi başa çatıb

Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Cənub Cüdo Təlim Mərkəzində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında cüdo üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 120-yə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov yarış iştirakçılarına qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və zərərli vərdişlərdən uzaqlaşdırılması, rayonda idmanın kütləviliyinin artırılması və idmançıların fiziki inkişafının təmin edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.