REGİONLAR


Masallıda davarların sayı 1604 baş artıb

Masallı, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda aqrar bölmənin aparıcı sahələrindən biri də heyvandarlıqdır. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin bu sahənin inkişafına marağını artırıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin əvvəlinə Masallıda iribuynuzlu mal-qaranın baş sayı 72 min 998, o cümlədən inək və camışların sayı 36 min 585 baş, davarların sayı isə 93 min 850 baş olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 108, o cümlədən inək və camışların sayı 58 baş azalıb, davarların sayı isə 1604 baş artıb.

Ötən il rayonda 6347,9 ton diri çəkidə ət, 49462,8 ton süd, 58842 min ədəd yumurta, 146,6 ton yun istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.