REGİONLAR
Masallıda dini ədəbiyyatın satışı ilə bağlı reyd keçirilib
Masallı, 11 noyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə Masallıda dini təyinatlı ədəbiyyatların satışını həyata keçirən dükanlarda reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı mağazaların birində satış üçün xüsusi razılığı və lisenziyası olmayan 55, digərində isə 4 kitab və 6 DVD disk aşkarlanaraq müsadirə olunub.
Mağaza sahibləri barəsində qanuna müvafiq olaraq protokol tərtib olunub. Onların gələcək fəaliyyəti isə məhkəmənin çıxaracağı qərardan asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]