REGİONLAR


Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var

Masallı, 8 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay Su Anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser Su Anbarı vasitəsilə aparılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev məlumat verib.

Bildirilib ki, Viləşçay Su Anbarı hazırda 7,8 min hektar kənd təsərrüfatı bitkilərini suvarmağa imkan verir. Bunun 305 hektarı başqa bitkilərə nisbətən suya tələbatı 8 dəfə çox olan çəltik sahələridir. Rayonun bir çox ərazilərində mal-qaranın suvarılması üçün kənddaxili kanallara su verilir. Bu da xeyli su məsrəfinə səbəb olur. Hazırda Viləşçay Su Anbarında 12 milyon kubmetr su ehtiyatı var.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ildən Masallı rayonunda 37 kiçik su tutarının bərpasına başlanılıb. Onlardan 13-ü bərpa edilərək istifadəyə verilib. Bu kiçik sututarlarında ilin əvvəlindən 3 milyon kubmetr su ehtiyatı yığılıb və hazırda əkin sahələrinin suvarılmasında istifadə edilir.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacaq.

Su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələri suvarma suyu ilə təmin ediləcək.

Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.