REGİONLAR


Masallıda əlillərə yardımlar edilib

Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon İcra Hakimiyyətinin və rayonun əlaqədar təşkilatların nümayəndələri Beynəlxalq Əlillər Günü ilə bağlı bir qrup əlili ziyarət edərək onların qayğıları ilə maraqlanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev ölkəmizdə əlil vətəndaşlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirənlərin, Böyük Vətən Müharibəsi, 20 Yanvar və Qarabağ müharibəsi əlillərinin, fiziki cəhətdən əlilliyi olan insanların qayğıları dövlətin daim diqqət mərkəzindədir. Regionlarda əlillər üçün tikilən yaşayış evləri bunun bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, 13 fərdi evlər inşa olunub. Əlillərin Regional Bərpa Mərkəzində fiziki məhdudiyyətli şəxslərin sağlamlığında yaranan problemlər təmənnasız olaraq aradan qaldırılır.

Masallı şəhər sakinləri, birinci qrup əlil Şəlalə Mehdiyeva, Ceyran Quliyeva, Aminə Ağayeva və başqaları ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı əlillərə yardımlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.