REGİONLAR


Masallıda futbol üzrə rayon turnirinə start verilib

Masallı, 19 aprel, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun Gəyəçöl kəndində əsaslı təmirdən sonra istifadəyə verilmiş futbol meydançasında Qarabağ müharibəsində şəhid olmuş Əlizadə Eynullayevin xatirəsinə həsr olunmuş futbol üzrə rayon turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində çıxış edən Gəyəçöl kənd ərazi nümayəndəsinin müavini Oktay Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, ağsaqqal Oğlanxan Niftiyev, şəhidin qardaşı Şirvan Eynullayev, Gəyəçöl kənd tam orta məktəbinin direktoru Vasif İsrafilov, tarix müəllimi Nizami Həsənov və başqaları şəhid Əlizadə Eynullayevin şücaətindən danışaraq, yarış iştirakçılarına qələbə sevinci arzulayıblar.

Sonra xatirə turnirinə start verilib. Yeddi gün davam edəcək yarışda səkkiz komanda qələbə uğrunda mübarizə aparır.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.