CƏMİYYƏT


Masallıda gənc könüllülər xüsusi qayğıya ehtiyac duyan ailələrin qonağı olublar

Bakı, 28 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdikləri “Könüllü qonaq” təşəbbüsünə Masallı gəncləri də qoşulublar.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin, o cümlədən məcburi köçkün və şəhid ailələrinin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə maraqlı vaxt keçirib, onlarla çay süfrəsində səmimi söhbət ediblər. Masallı könüllüləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.