REGİONLAR


Masallıda gənclərin yürüşü keçirilib

Masallı, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 16-da Masallı şəhərində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə və Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına həmrəylik məqsədilə “Qarabağ Azərbaycandır!” devizi ilə gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Rayon Təhsil Şöbəsinin və Masallı Dövlət Regional Kollecinin kollektivi ilə yanaşı 4000 nəfərdən artıq gənc iştirak edib.

Yürüş iştirakçıları Masallı şəhərinin Azərbaycan küçəsi boyunca Qəhrəmanlar parkına doğru əllərində Azərbaycanın Dövlət bayrağı ilə yürüş edərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Yürüşün önündə gənclər uzunluğu 8, eni 4 metr olan müqəddəs üçrəngli bayrağımızı öz çiyinlərində daşıyıblar.

Masallı gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bir daha nümayiş etdiriblər.

Yürüşdən sonra gənclər arasında 2000 metr məsafəyə marafon qaçışı üzrə rayon birinciliyi keçirilib. Qaliblər Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.