REGİONLAR


Masallıda gənclərin ziyalılarla görüşləri təşkil edilib

Masallı, 17 iyul, Bağır Əliyev, AZƏRTAC

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda silsilə maarifləndirmə tədbirləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bədəlan kənd tam orta məktəbində keçirilən "Kitab günü"ndə İctimai Birliyin sədri Arzu Bağırova kitabın təbliği ilə bağlı maarifləndirmənin vacibliyindən danışıb, gəncləri kitaba, mütaliəyə sevgi ilə yanaşmağa çağırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında kitabın insanlara verdiyi mənəvi dəyərlərdən söhbət açıb.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova kitabın və mütaliənin böyük məziyyətlərindən danışaraq oxuculara tövsiyələr verib.

Kitab təbliği ilə məşğul olan xeyriyyə cəmiyyətinin sədri Fidan Abaslı, Ərkivan qəsəbə tam orta məktəbinin məzunu Arzu Əliyeva, Bədəlan kənd tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova, ərkivanlı müəllim Manijə Yəhyayeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aygün Şükürova, Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehtiyev, kənd ərazi icra nümayəndəsi Loğman Şahbazov və başqaları mövzu ilə bağlı çıxış edərək təkliflərini bildiriblər.

Milli Məclisin deputatı Qənirə Paşayeva uşaqlara və məktəb kitabxanasına kitablar hədiyyə edib.

Hişkədərə kənd tam orta məktəbində "Asudə vaxtı necə səmərəli keçirməli" mövzusunda təşkil edilən tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, şair Xəyal Rza, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov və başqaları çıxış ediblər.

Tədbirin sonunda məktəblilərə və məktəb kitabxanasına kitablar hədiyyə edilib.

Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbində “Gənclər zərərli vərdişlərə yox deyir!” mövzusunda keçirilən tədbirdə çıxış edən Arzu Bağırova bildirib ki, tədbirin əsas məqsədi cəmiyyətin hüquqi və iqtisadi maarifləndirilməsi işinə töhfə vermək, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi siyasəti, görülən işləri, qəbul olunan proqram və qanunları əhali arasında daha geniş təbliğ etməkdir.

Tədbirdə Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudovun mövzu ilə bağlı mühazirəsi dinlənilib.

Qənirə Paşayeva çıxışında zərərli vərdişlərlə mübarizədə valideyn və müəllimlərin üzərinə düşən məsuliyyətdən, ziyalıların gənclərlə ünsiyyətinin vacibliyindən, məktəblilərin virtual məkan asılılığından və cəmiyyətdəki digər fəsadlarından danışıb.

Diskussiya şəklində davan edən maarifləndirici tədbirdə suallar cavablandırılıb, müxtəlif təkliflər irəli sürülüb.

Sonda tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyində “Gənclər zərərli vərdişlərə yox deyir!” mövzusunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, deputatlar Qənirə Paşayeva, Rəşad Mahmudov və başqaları çıxış ediblər.

Tədbirdə müəllimləri və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Deputat Qənirə Paşayeva tədbir iştirakçılarına və məktəb kitabxanasına kitablar hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.