REGİONLAR


Masallıda indiyədək 15474,8 ton taxıl yığılıb

Masallı, 17 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallının taxıl sahələrində məhsul yığımı davam edir. İyunun 17-nə olan məlumata görə, rayonda 7034 hektar sahədə biçin başa çatıb. Sahələrdən 15474,8 ton məhsul yığılıb. Taxıl məhsulları üzrə orta məhsuldarlıq 22,0 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda indiyədək 2746 hektar sahədə arpa, 4288 hektar sahədə buğda biçini aparılıb. Taxıl sahələrindən 5902,4 ton arpa, 9572,4 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 21,5 sentner, buğda sahələrindən isə orta məhsuldarlıq 22,3 sentner təşkil edib.

Taxıl biçini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.