REGİONLAR
Masallıda indiyədək 504 ton yaş tütün yarpağı yığılıb
Masallı, 2 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən Masallı rayonunda kənd təsərrüfatının bütün sahələrinin, eləcə də tütünçülüyün inkişafına marağı artırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda ənənəvi təsərrüfat sahələrindən olan tütünçülük yenidən bərpa edilib. İki ildir ki, 40-dan çox fermer 51 hektar sahədə tütün əkib-becərir.
Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər ərazilərində tütün yığımı davam edir.
İndiyədək tütün sahələrindən 504 ton tütün yarpağı yığılıb. Bunun 22,2 tonu qurudularaq tədarük məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, fermerlər hazırda quru tütünün 1 kiloqramını tədarük məntəqələrinə 2 manat 40 qəpiyə təhvil verirlər.