REGİONLAR


Masallıda indiyədək qəbul məntəqələrinə 63,19 ton quru tütün təhvil verilib

Masallı, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun tütün sahələrindən məhsul yığımı davam edir.

Masallı Rayon Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, fermerlər və məhsul istehsalçıları indiyədək 51 hektar sahədən 63,19 ton quru tütün tədarük ediblər. Tədarük olunan tütün yarpağı Şəki şəhərindəki “İlham-M” MMC-yə təhvil verilib.

Qeyd edək ki, Masallıda altıncı ildir ki, tütün əkilir. Fermerlər hazırda quru tütünün 1 kiloqramını tədarük məntəqələrinə 2 manat 40 qəpiyə satırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.