REGİONLAR


Masallıda indiyədək sahələrdən 54 min 165,4 ton tərəvəz məhsulları yığılıb

Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda tərəvəz yığımı davam edir. Tərəvəzçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları sahələrdən indiyədək 54 min 165,4 ton tərəvəz tədarük ediblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 170,5 ton çoxdur. Hər hektarın məhsuldarlığı 269,6 sentnerə çatıb.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, bu ilin yazında rayonda 2009,3 hektar sahədə tərəvəz bitkiləri əkilib. Rayonda tədarük olunan tərəvəzin 9 min 503,6 tonunu xiyar, 17 min 062,2 tonunu pomidor, 15 min 339,9 tonunu badımcan, 2 min 395,4 tonunu bibər, 516,4 tonunu kələm, 2285,1 tonunu soğan, 1457,8 tonunu sarımsaq, 4 min 925,4 tonunu isə sair tərəvəz təşkil edir.

Rayonda tərəvəz yığımı kampaniyası bu ilin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.