REGİONLAR
Masallıda inşa və bədii qiraət müsabiqələrinin qalibləri mükafatlandırılıb
Masallı, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş inşa və bədii qiraət müsabiqələrinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən inşa müsabiqəsində Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdi Hülya Kərimova birinci, şəhər 4 nömrəli Digah tam orta məktəbin şagirdi Şəhriyar Səmədov ikinci, Xırmandalı kənd tam orta məktəbin şagirdi Özləm Həsənova üçüncü yerlərə layiq görülüblər.
Bədii qiraət müsabiqəsində isə Bədəlan kənd tam orta məktəbin şagirdi İraida Rəhmətova, Həsənli kənd tam orta məktəbin şagirdi Səkinə Vəlişova, Mahmudavar kənd tam orta məktəbin şagirdi Əhməd Sadıqov fərqləniblər.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.