REGİONLAR


Masallıda keçirilən “Qarabağ - gözəl yurdum” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağ - gözəl yurdum” mövzusunda keçirilən müsabiqəyə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla Masallı Rayon Heydər Əliyev Mərkəzində qaliblərə mükafatlar təqdim olunub.

Müsabiqənin yekun nəticələrinə əsasən, gənclər arasında Viləş uşaq bağçasının gənc müəllimi Günəş Əliyeva birinci, məktəblilər arasında Masallı şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zeynəb Təhməzli və şəhər 3 nömrəli tam orta məktəbin V sinif şagirdi Lalə Fəttayeva birinci, Musaküçə kənd tam orta məktəbin IV sinif şagirdi Tural Qulamlı və şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Əliyeva ikinci, Güllütəpə kənd tam orta məktəbinin IV sinif şagirdi Ruhid Ocaqov və Musaküçə kənd tam orta məktəbin V sinif şagirdi Fizzə Həsənova üçüncü yerlərə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.