CƏMİYYƏT


Masallıda keçmiş məhkumun evində 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı, 26 may, AZƏRTAC

Masallı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq H.Nuriyevin yaşadığı evə də baxış keçirilib.

Baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.