REGİONLAR


Masallıda koronavirusla mübarizə məqsədilə əhalinin maarifləndirilməsinə diqqət artırılıb

Masallı, 2 aprel, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin maarifləndirilməsinə diqqət artırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallı Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov mobil qrupların üzvləri ilə görüşərək əhalinin maarifləndirilməsi məqsədilə onlara tövsiyə və tapşırıqlarını verib. Ş.Məmmədov, həmçinin xüsusi karantin rejiminin qaydalarının yerinə yetirilməsinə nəzarət etmək üçün Masallı şəhərinin küçə və prospektlərində, əhalinin daha çox toplaşdığı yerlərdə sakinlərlə fərdi qaydada söhbətlər aparıb. O, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməli olduğunu bildirib.

Vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı, onlara tibbi spirt və maskalar da paylanılıb.

Rayonun polis əməkdaşları səsgücləndirici vasitələrlə əhalini evdə qalmağa və karantin rejiminin tələblərinə tabe olmağa çağırırlar.

Qeyd edək ki, koronavirus infeksiyası ilə mübarizə məqsədilə maarifləndirici tədbirlər rayonunun bütün yaşayış məntəqələrində əhalinin kompakt toplaşdığı yerlərdə, habelə məhəllələrdə aparılır.

Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.