REGİONLAR


Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır

Masallı, 15 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda məhsul yığımının qızğın çağıdır. Fermerlər və məhsul istehsalçıları tarlalardan min bir zəhmətlə yetişdirdikləri badımcan, soğan, pomidor məhsullarını yığırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda məhsul yığımı ilə paralel olaraq sahələrdə yay şumu da aparılır.

Artıq sahələrdən taxıl biçini başa çatıb. Noxud, sarımsaq sahələrinin də məhsulu yığılıb. Fermerlər payız yağışları düşməmiş torpaqları şumlamağı qərara alıblar. Torpaqlar gələn il üçün növbələşir. Bu gün taxıl əkilmiş sahələrdə növbəti il tərəvəz məhsulları yetişdiriləcək. Bu, keçmiş təsərrüfatçıların ənənəsidir.

Məhsul istehsalçısı Ənvər Kərimov bu il əsasən noxud, tərəvəz və sarımsaq yetişdirib. Onun sözlərinə görə, bol məhsulun bünövrəsi yay şumunda qoyulur. Yayda şumlanmış sahələr rahat hamarlanır, narın torpaqda əkin aparmaq də asan olur.

Mexanizatorlar bol məhsul üçün yay şumunu vaxtında başa çatdırmağa səy göstərirlər. Sahələrdə isə hələ məhsulu yığılmamış tarlalar var. Bu sahələr də məhsul yığımı başa çatan kimi şumlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.