REGİONLAR
Masallıda məktəblilərə Yeni il hədiyyələri paylanılıb
Masallı, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 29-da Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Kəlbəhüseynli və Sığıncaq kənd tam orta məktəblərində dərslərində xüsusi fəallığı ilə seçilən, fiziki imkanları məhdud və aztəminatlı şagirdlərə bayram hədiyyələri paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov məktəbliləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə 100-dən çox şagirdə Gənclər və İdman Nazirliyinin bayram hədiyyələri təqdim edilib.